Məhkəmə FHN rəisi ilə bağlı QƏRAR VERDİ
14 Dekabr 2025, 08:58
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1065
07.03.2025, 14:08
Azərbaycanda hava nəqliyyatında yol verilən pozuntulara görə cərimələr müəyyənləşir.
Oxu24.com xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirə edilib.
Layihəyə əsasən, müntəzəm və qeyri-müntəzəm (çarter) marşrutlara icazə olmadan uçuşların həyata keçirilməsinə görə fiziki şəxslər 3 min manat məbləğində, vəzifəli şəxslər 5 min manat məbləğində, hüquqi şəxslər 10 min manat məbləğində cərimə edilir.
Daha bir dəyişikliklə kommersiya uçuşlarının həyata keçirilməsi zamanı istismar tələblərinə uyğun olmayan sınaqların və qəza şəraitinin imitasiyasının aparılmasına görə fiziki şəxslər 4 min manat məbləğində, vəzifəli şəxslər 8 min manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə edilir.
Təklif edilən daha bir dəyişikliyə görə isə təlim və sınaq uçuşları istisna olmaqla, uçuş zamanı sistemlərin, mühərrikin avadanlığın ve sıradan çıxması hallarının imitasiya edilməsinə görə fiziki şəxslər 4 min manat məbləğində, vəzifəli şəxslər 8 min manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə edilir.
Hava gəmisinin istismarçıları, aerodrom istismarçıları, hava gəmisinin istismarçılarına xidmət göstərən texniki xidmət təşkilatları, o cümlədən hava hərəkəti xidmətlərini təmin edən təchizatçı tərəfindən uçuşların təhlükəsizliyinin idarə edilməsi sisteminin yaradılmamasına və ya fəaliyyətinin təmin edilməməsinə görə isə fiziki şəxslər 2 min manat məbləğində, vəzifəli şəxslər 6 min manat məbləğində, hüquqi şəxslər 8 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir.
Məcəlləyə təklif edilən növbəti dəyişikliklə uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatlar üzrə qeydlərin, səs yazılarının, sənədlərin qorunub saxlanılmamasına və kənar müdaxilədən mühafizə edilməməsinə görə 600 manat məbləğində cərimə müəyyən edilir.
Sənəd heyət üzvləri ilə bağlı dəyişikləri də özündə ehtiva edir. Belə ki, heyət üzvünün uçuşdan əvvəl alkoqollu içki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını və ya uçuşların təhlükəsizliyinə təsir göstərə bilən dərman vasitələrini qəbul etdikdə, yaxud heyət üzvünün siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən xəstəliyi olduqda hava gəmisinin bortunda vəzifəsini icra etməsinə görə 3 min manat məbləğində cərimə edilir.
"Aviasiya haqqında" yeni qanun 22 dekabr 2023-cü il tarixdə qəbul edildikdən sonra "Aviasiya haqqında" 24 iyun 2005-ci il tarixli qanun ləğv edilib. Yeni qanunda aviasiya hadisələri və insidentlərinin araşdırılmasının təşkili, aviasiya personalına dair, mülkiaviasiya sahəsində sığorta və mülki hava gəmilerinin istismar edilməsinə dair tələblər öz əksini tapıb.
Qeyd edilənlərə əsasən Cinayət Məcəlləsinə uyğunlaşdırma xarakterli müvafiq dəyişikliklər təklif edilib. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərin isə bir hissəsi Məcəllədə hazırda müəyyən edilmiş hava nəqliyyatında olan qaydalar əleyhinə inzibati xətaların "Aviasiya haqqında" qanuna uyğunlaşdırılması, digər hissəsi isə Azərbaycanın hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyən yeni qaydaların icrasını təmin edilməsi üçün bir sıra inzibati xətaların Məcəlləyə əlavə edilməsini nəzərdə tutur.
Həmçinin oxuyun
İnzibati Xətalar Məcəlləsinə daha bir dəyişikliklə isə müvafiq icazə olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına görə cərimələr artırılır.
Dəyişikliyə əsasən, həmin pozuntulara görə fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər - 5 min manat, hüquqi şəxslər isə 10 min manat məbləğində cərimə ediləcək.
Hazırda bu pozuntularla bağlı ümumi cərimə məbləği 50 manatdır.
Daha bir dəyişikliyə əsasən isə hava limanının (aeroportun) ərazisində yerləşən müəssisə, idarə və təşkilatlar və onların işçiləri tərəfindən obyektdaxili rejimin təmin olunmamasına və buraxılış rejiminə riayət edilməməsinə görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 2 min manat, hüquqi şəxslər 5 min manat məbləğində cərimə ediləcəklər.
Qüvvədə olan qaydalara görə, bu cərimə vəzifəli şəxslər üçün 500 manat, hüquqi şəxslər üçün 1000 manatdır.
Layihədə nəzərdə tutulur ki, hava gəmilərinin yoxlanılması və onlara baxış keçirilməsi qaydasının pozulmasına görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 3 min manat məbləğində cərimə ediləcəklər.
Hazırda bu cərimə yalnız vəzifəli şəxslər üçün min manatdır.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.
13:58 / 14 Dekabr 2025
12
13:27 / 14 Dekabr 2025
30
13:18 / 14 Dekabr 2025
33
13:09 / 14 Dekabr 2025
36
12:54 / 14 Dekabr 2025
231
12:18 / 14 Dekabr 2025
408
12:06 / 14 Dekabr 2025
817
11:38 / 14 Dekabr 2025
50
11:30 / 14 Dekabr 2025
566
11:22 / 14 Dekabr 2025
33
10:43 / 14 Dekabr 2025
855
10:33 / 14 Dekabr 2025
83
10:20 / 14 Dekabr 2025
75
09:40 / 14 Dekabr 2025
76
09:15 / 14 Dekabr 2025
219
08:58 / 14 Dekabr 2025
149
08:46 / 14 Dekabr 2025
205
08:43 / 14 Dekabr 2025
75
01:21 / 14 Dekabr 2025
1493
00:52 / 14 Dekabr 2025
1123
00:43 / 14 Dekabr 2025
184
00:04 / 14 Dekabr 2025
1757
23:47 / 13 Dekabr 2025
1930
23:44 / 13 Dekabr 2025
116
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.